Bir çox tikinti sahələrində Qazıntı İşləri (xəndək qazıntıları) aparılır. Qazıntı işləri ilə bağlı bir çox təhlüklər mövcuddur. Bu təhlükələrə torpaq uçqunları, oksigen yetərsizliyi, boğulma və s. təhlükələr daxildir. Torpaq uçqunları qorxulan ən böyük ölüm riskini meydana gətirən təhlükələr başındadır. Bu təhlükələrə qarşı Riskin qiymətləndirilməsi və müvafiq tədbirlərin görülməsi tələb olunur. G&I Training Academy sizə Qazınıtı Təhlükəsizliyi ilə bağlı təlimdə iştirak etməyi təklif edir.
Təlimin məqsədi: Qazıntı işlərinin təhlükəsizliyi üçün lazımlı hesab olunan ehtiyat tədbirlərini görülməsi barəsidə məlumatlandırmaq.
Təlim kimlər üçün nəzərdə tutulub: Qazıntı işləriniə cəlb edilə biləcək bütün personal üçün nəzərdə tutulmuşdur.
Mövzular:
Giriş
Qazıntı işləri nədir və tələblər
Təhlükələr və Risklər
Qazıntı işləri üzrə Məsul Şəxslər və onların vəzifə öhdəlikləri
Əlverişsiz hava şəraiti və Torpağın vəziyyəti
Qazıntı işlərinin yoxlanılması
Torpaq uçqunlarının səbəbləri və qarşısının alınması və mailləndirmə tələbləri
Nəzarət Tədbirləri
Fövqəladə Hallar və Xilasetmə İşlərinin Təşkili
Təlim müddəti: 1 gün
Lazım olan iştirakçı sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər
Təlimin keçirildiyi dil: Azərbaycan, İngilis, Rus və Türk dili
Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat təqdim olunur.